AZ

Bakıda güclü yanğın: Bir-birinə bitişik obyektlər külə döndü

Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhim küçəsində obyektdə yanğın baş verib. 

Ekologiya.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

***

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
ekologiya.az

10Mənbələr