Salyanda minik avtomobili traktorla toqquşub.
APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü ağır xəsarət alıb. Yaralılar Salyan xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Baş verən digər hadisə isə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. "KIA" markalı avtomobil idarəetməni itirərək beton dirəyə çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.
Yaralı Salyan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.