AZ

Azərbaycanda ağır qəza: bir ailənin üç üzvü

Salyanda minik avtomobili traktorla toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü ağır xəsarət alıb.

Yaralılar Salyan xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Baş verən digər hadisə isə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

"KIA" markalı avtomobil idarəetməni itirərək beton dirəyə çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.

Yaralı Salyan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
milli.az

3Mənbələr