AZ

Putin İlham Əliyevlə bərabər sabah bu liderlərlə görüşəcək

Sabah Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin rəsmi açılışı olacaq. Açılış mərasimindən əvvəl Rusiya Prezidenti Vladimir Putin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux, Çin prezidenti Si Szinpin və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşləri nəzərdə tutulub.

Vurğulanıb ki, Vladimir Putinin Türkiyəyə mümkün səfəri də Ərdoğanla görüşdə müzakirə ediləcək.

Qeyd edək ki, bundan öncə Putin və Prezident İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcəyi bildirilmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
15
milli.az

10Mənbələr