Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanayasəfər edib.
Trend xəbər verir ki, Rusiyanın dövlət başçısının buradakeçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət BaşçılarıŞurasının 24-cü qurultayında iştirakı gözlənilir.
Qeyd edək ki, ŞƏT-in Zirvə toplantısı iyulun 4-də Qazaxıstanınsədrliyi ilə keçiriləcək.
Tədbir ilk dəfə olaraq “ŞƏT-ə üzv dövlətlərin rəhbərlərişurasının iclası” və “ŞƏT Plus” görüşü formatında keçiriləcək.
Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onunperspektivlərini, eləcə də aktual beynəlxalq və regionalproblemlərin həllini daha da gücləndirəcək geniş spektrliməsələləri nəzərdən keçirəcəklər.