![Avro-2024:](https://azertag.az/files/2024/2/1200x630/1719943617305358242_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:
Türkiyə: Mərt Günok, Mert Müldür, Merih Dəmiral, İsmayıl Yüksək, Ferdi Kadıoğlu, Abdulkərim Bardakçı, Orkun Kökçü, Kaan Ayhan, Arda Gülər, Kenan Yıldız, Barış Alpər Yılmaz
Baş məşqçi: Vinçentso Montella.
Avstriya: Pents, Danso, Poş, Seivold, Arnautoviç, Sabitser, Şmid, Laimer, Baumqartner, Lienhart, Mvene
Baş məşqçi: Ralf Ranqnik