AZ

Türkiyə möhtəşəm qələbə qazandı

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.
Bolgə.TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:
Türkiyə: Mərt Günok, Mert Müldür, Merih Dəmiral, İsmayıl Yüksək, Ferdi Kadıoğlu, Abdulkərim Bardakçı, Orkun Kökçü, Kaan Ayhan, Arda Gülər, Kenan Yıldız, Barış Alpər Yılmaz
Baş məşqçi: Vinçentso Montella.
Avstriya: Pents, Danso, Poş, Seivold, Arnautoviç, Sabitser, Şmid, Laimer, Baumqartner, Lienhart, Mvene
Baş məşqçi: Ralf Ranqnik.
***
Avstriya - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Merih Dəmiral matçın 1-ci dəqiqəsində hesabı açdı: 0-1.
***
İkinci hissə start götürdü.
***
Merih Dəmiral özünün və komandasının 60-cı dəqiqədə ikinci qoluna imza atdı: 0-2.
***
Qriqoriç 66-cı dəqiqədə Avstriyanın ilk qolunu vurdu: 1-2.
***
Türkiyə Avstriyanı 2-1 məğlub edərək 1/4 finala yüksəldi. Bu mərhələdə Türkiyə millisinin rəqibi Niderland seçməsidir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
7
bolge.tv

8Mənbələr