Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.BUTA.TV xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb. "Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib", - XİN-in bəyanatında bildirilib. Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.