AZ

Macarıstan Rusiya ilə danışıqlara başlamaq üçün Ukraynaya atəşkəs təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Macarıstan Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib".
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra bildirib.
"Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş edirik", - deyə Orban qeyd edib.
Baş nazir həmçinin bildirib ki, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir.
Hökumət başçısı vurğulayıb ki, Avropada sülh bütün ölkələr üçün vacibdir və Macarıstan bu ilin ikinci yarısında Aİ Şurasına sədrliyi dövründə Ukrayna münaqişəsinin həlli üçün çalışacaq.
Mənbə: Reuters
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
50
oxu.az

10Mənbələr