AZ

Ararat Mirzoyan: "Ermənistan Türkiyə ilə münasibətlərin tamamilə tənzimlənməsinə hazırdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına, diplomatik əlaqələrin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır. Ölkələr arasında artıq sağlam dialoq qurulub".
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın paytaxtı Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə birgə brifinqdə bildirib.
"İrəvan və Ankara arasında əldə edilmiş razılaşmaları həyata keçirməyin vaxtı çatıb", - deyə Mirzoyan bildirib.
O vurğulayıb ki, Ermənistan qonşularla münasibətlərin normallaşdırılmasında maraqlıdır və bu istiqamətdə praktik addımlar atır.
Bu kontekstdə o, Bakı ilə sülh sazişinin bağlanması üzrə İrəvanın mövqeyini təqdim edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
50
oxu.az

10Mənbələr