Belarus heç bir hərbi əməliyyatda iştirak etməyəcək.
İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk Respublika sarayında iyulun 3-də qeyd olunan Belarusun Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda deyib.
"Biz heç bir hərbi əməliyyata qarışmayacağıq", - Lukaşenko bildirib.
O izah edib ki, NATO Ukraynadakı müharibəni dayandırmaq istəmir, lakin belarusları hərbi əməliyyatlara sürükləmək niyyətindədir.
"Mən sizə zəmanət verirəm ki, biz Ukrayna ilə sərhəddə heç bir toqquşmaya imkan verməyəcəyik", - Lukaşenko deyib.