AZ

Nizami Rayon Mühafizə Polisi İdarəsində də tədbir keçirildi

2 iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar Nizami Rayon Mühafizə Polisi İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon  İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək polis əməkdaşlarına məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunduğu qeyd olunub.

Bildirilib ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Qeyd edilib ki, daxili işlər orqanlarının inkişafı daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. Bu gün də Azərbaycan Prezidenti  İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.

Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşları Fəxri Fərmanla təltif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
qafqazinfo.az

2Mənbələr