AZ

Nizami Rayon Mühafizə Polisi İdarəsində də tədbir keçirildi - Fotolar

2 iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar Nizami Rayon Mühafizə Polisi İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon  İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək polis əməkdaşlarına məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunduğu qeyd olunub.

Tədbirdə çıxış edən Nizami Rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Polisinə göstərdiyi böyük qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşları Fəxri Fərmanla təltif edilib.




Seçilən
26
1
qafqazinfo.az

2Mənbələr