AZ

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Gəncə, 2 iyul, AZƏRTAC

Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan polisinin maddi-texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Prezidentin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də Azərbaycan polisi daim asayişin keşiyində dayanır, şəhərin kriminogen durumunu tam nəzarətdə saxlayır.

Çıxışlardan sonra bir qrup polis əməkdaşı fəxri fərmanla təltif olunub.

Seçilən
57
5
azertag.az

6Mənbələr