Avropa Statistika İdarəsi (Eurostat) “Avrozona”nın iyun ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, iyun ayında “Avrozona”da inflyasiyanın yavaşlaması qiymət artımlarının tədricən Avropa Mərkəzi Bankının 2%-lik hədəfinə doğru getdiyini göstərir.

Belə ki, inflyasiya may ayında 2,6%-dən illik 2,5%-ə enib.

Gözlənti də bu istiqamətdə idi.

Ərzaq və enerji kimi dəyişən maddələri əhatə etməyən əsas inflyasiyanın 2,8% olacağı gözlənildiyi halda, dəyişməyərək 2,9% təşkil edib.