AZ

Abid Şərifovun kürəkəninin yerinə o təyin edildi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.
BUTA.TVQaynarinfo.az-a istinadla xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib. Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.

Seçilən
198
19
buta.tv

10Mənbələr