Hindistanın Uttar-Pradeş əyalətind ibadət zamanı yaranan izdiham nəticəsində görə 27 nəfər həyatını itirib.
E-huquq.az NDTV kanalına istinadən xəbər verir ki, əyalətin Hathras bölgəsindəki Sikandara Rau qəsəbəsində keçirilən "satsanq" adlı kütləvi ibadət əsnasında böyük izdiham yaşanıb.
Əyalət rəsmisi Dr.Umesh Kumar Tripathi izdihamda 25-i qadın, 2-si kişi olmaqla 27 nəfərin həyatını itirdiyini bildirib.
Ölənlər arasında 3 uşağın olduğu da bildirilib.
Yaralılardan bəziləri xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə