AZ

DƏHŞƏT! Hindistanda dini mərasim zamanı izdiham nəticəsində 116 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında keçirilən dini mərasim zamanı izdiham nəticəsində 116 nəfər ölüb.

Referans.az xəbər verir ki, TRT HABER Hindistan yerli mətbuatın məlumatına istinadən bildirib ki, Uttar Pradeş ştatının Hathras bölgəsindəki Sikandara Rau şəhərində keçirilən “satsanq” adlı kütləvi namaz tədbiri zamanı izdiham yaşanıb.

Hathras bölgəsi rəsmiləri izdihamda aralarında uşaqların da olduğu azı 116 nəfərin öldüyünü, yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.

Hindistanın baş naziri Narendra Modi izdihamda həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Seçilən
77
1
referans.az

8Mənbələr