AZ

Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

İyulun 2-də müdafiə nazirinin birinci müavini – AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə QüvvələrKomandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan Baş Qərargahrəisi onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. NATO iləmünasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunubildirib.

Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəfüçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyiəminliklə qeyd edilib.

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində ŞimaliAtlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfəverdiyini bildirən general-polkovnik K.Vəliyev bunun yüksəkqiymətləndirildiyini xüsusi vurğulayıb.

General-mayor S.Fiks isə öz növbəsində Azərbaycana növbətisəfərindən məmnun olduğunu qeyd edib. Azərbaycan ilə qarşılıqlımünasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyinivurğulayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlımissiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digərsahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeydolunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digərməsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
49
az.trend.az

10Mənbələr