2000-2014-cü illərdə “Microsoft”un baş icraçı direktoru olmuş amerikalı iş adamı Stiv Balmer Bill Geytsi geridə qoyaraq dünyanın 6-cı ən varlı adamı olub.
İndex.az xəbər verir ki, “Microsoft”un səhmləri ilin əvvəlindən bura 21% artıb.
“Microsoft” “OpenAI” ilə qurduğu ortaqlıq sayəsində ABŞ Fond Birjasında süni intellektdə olan yüksəlişdən ən çox faydalanan şirkətlərdən biri oldu.
Bloomberg Milyarderlər İndeksinə görə, Ballmerin 157,2 milyard dollarlıq xalis sərvətinin 90%-dən çoxu “Microsoft” səhmlərindədir.
Bill Qeyts isə 156,7 milyard dollarlıq sərvətini diversifikasiya edib.
Belə ki, 0nun sərvətinin təxminən yarısı “Microsoft”un səhmlərinin satışından və dividendlərindən əldə edilən gəlirlə yaradılan “Cascade Investment”dədir.