AZ

Ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilir- ÖZƏI

"Son on altı il ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır.  Eyni zamanda ölkəmiz COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində də öndə gedir. Bu is onu göstrərir ki, ölkə rəhbərliyi uzaq gələcəyə hədəflənmiş enerji siyasətini həyata keçirməkdə qərarlıdır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
105
olaylar.az

1Mənbələr