AZ

Messi 1/4 final matçında oynaya biləcək?

Lionel Messinin hazırkı vəziyyəti ilə bağlı məlumat yayılıb.

Zədəli futbolçu barədə Argentina millisinin baş məşqçisi Lionel Skaloninin köməkçisi Valter Samuel danışıb. Xatırladaq ki, 37 yaşlı hücumçu Amerika Kubokunun 2-ci turunun Çili ilə oyununda sıradan çıxmışdı. Əzələsi dartılan dünya çempionu Peru ilə matçı buraxmalı olmuşdu. Samuel bu oyundan sonra Messinin durumu haqda bunları deyib:

“O, paltardəyişmə otağında idi. Biz onun artıq daha yaxşı olduğunu gördük. Durumu yaxşılaşır, lakin 1/4 final oyununa hələ bir neçə gün var. Ona görə də hazırda bu vəziyyət haqqında danışmaq tezdi. Biz hər gün Messinin vəziyyətini müzakirə edəcəyik, həkimlərlə məsləhətləşəcəyik”.
Seçilən
31
3
football-plus.az

4Mənbələr