Taksi xidməti ilə bağlı Tarif Şurasının qərarı artıq iyulun 1- dən qüvvəyə minib.
Elə həmin günü həmişə getdiyimiz yerə taksi çağırdıq. Öncə sifariş etdiyiniz taksi gec gəldi, ikincisi də əvvəllər beş manata getdiyimiz ünvana bu dəfə səkkiz manata apardı. Elə sözün düzü, belə də gözləyirdik! Bizdə hər bir yenilik camaatın başında çartlayır. Və belə yenilik heç kimə lazım deyil. O
ndansa, borc- xaricə düşüb avtomobil almaq daha yaxşıdır. Həmin günü taksidən istifadə edən digər dostlarımız da bu xidmətdən çox narazılıq etdilər və dedilər ki, bahadır, ikinci dəfə o taksilərə minməyəcəyik!
Rəyini soruşdugumuz insanların çoxu baha olduğuna görə, taksi xidmətindən narazı qaldıqlarını bildirdilər. Və onu da dedilər ki, yeni taksi qiymətləri ortabab və kasıblar üçün deyil, ancaq varlılar üçün əlverişlidir! Görünür, indən sonra pensiyçılar və dıgər imkansız adamlar tay taksiyə minə bilməyəcəklər! Heç onların pulu qiymətləri qalxmış metroya və avtobuslara çatmir, o ki, qala taksi ola!
Emil Faiqoğlu