AZ

Həyat yoldaşını əl üstündə saxlayan 3 BÜRC

Subaykən anasının sözündən çıxmayan bir çox oğlan evləndikdən sonra adətən həyat yoldaşının dizinin dibindən ayrılmır. Ananın görməzdən gəlməyə çalışdığı bu hal gəlin-qayınana problemlərinə səbəb olur. Bu dəfə astroloqlar həyat yoldaşını əl üstündə saxlayan bürclərin hansılar olduğunu müəyyən edib.

Publika.az xarici KİV-ə istinadən həmin bürcləri təqdim edir:

Balıq bürcü

Reallıqdan uzaq olan balıqlar həssasdırlar və sevgiyə böyük önəm verirlər. Həyat yoldaşının dizi yanından ayrılmayan Balıq bürcü anasının kədərləndirən bürclərın başında gəlir.

Xüsusiyyətləri:

Balıqlar ümumiyyətlə səbrli, mehriban və həssas insanlardır. Bu insanlar hər zaman böyük inandırıcılıq qabiliyyətinə malikdirlər. Onlar sadiq, vicdanlı və nəzakətli insanlardır. Hər bir mühitə asanlıqla uyğunlaşırlar. Həyatı ciddi, lakin reallıqdan uzaq şəkildə görürlər. Balıq bürcündəki insanlar digər bürclərə nisbətən xarici faktorlardan daha çox təsirlənirlər. Onlar xəyal dünyasında çox xoşbəxtdirlər. Qəzəbli tərəfini gizli bir sakitlik ilə örtən balıqlar hər kəsin seçdiyi xüsusi bir insan olmağı xəyal edirlər.

Qız bürcü

Mükəmməliyyətçi Qız bürcü üçün evlilik bir müəssisədir. Onlar üçün ana vacibdir, amma həyatın mükəmməl olması üçün həyat yoldaşı daha ön planda olur.

Seçilən
46
11
publika.az

10Mənbələr