AZ

Zelenskinin Putinə vasitəçi danışıqlar təklifi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın apardığı müharibəyə son qoymaq üçün birbaşa Rusiya tərəfi ilə danışıqlar masasına oturmaq əvəzinə, vasitəçilər vasitəsilə dialoqun qurulmasının əleyhinə olmadığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Amerika mətbuatına verdiyi açıqlamada “Rusiya ilə masa arxasına oturmağa hazırıqmı?” sualını cavablandıran Zelenski , “Ukraynanın Rusiya tərəfi ilə eyni masaya oturması lazım deyil. Danışıqlar 2022-ci ildə Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan Taxıl Dəhlizi sazişi kimi təşkil edilə bilər. Vasitəçi ölkə və ya ölkələrin kim olacağı önəmli deyil. “Ukraynanın axtardığı ədalətli sülh şərtləri masaya qoyulduqca və Rusiya tərəfi müharibəni bitirmək üçün bunları qəbul etdikcə”, - o deyib. Kremlin sözçüsü Dmitri Peskov da " Ukrayna ilə Rusiya arasında birbaşa və ya vasitəçilər vasitəsilə danışıqlar aparılacaqsa, Rusiyanın Ukrayna üçün qarşıya qoyduğu hədəflər nəzərə alınmalıdır" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
turkustan.az

10Mənbələr