AZ

“Meydanda qürurlu Portuqaliya var idi”

“Kriştianu Ronaldu penaltini qaçırsa da, təslim olmadıq və əsl birlik nümayiş etdirdik”. Bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Sloveniyaya qarşı Avro-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

“Sloveniya 90 dəqiqə qapısını toxunulmaz saxladı və bizim üçün çətin oldu. Bu gün meydanda qürurlu Portuqaliya var idi. Qələbəyə layiq idik. Komandamız oyun boyu yaxşı performans göstərdi “, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Sloveniyaya penaltilər seriyasında qalib gələn Portuqaliya növbəti mərhələdə Fransaya rəqib olub.

Seçilən
104
6
futbolinfo.az

7Mənbələr