AZ

Təhsil İnstitutu bu fənlər üzrə əməkdaş axtarır - SİYAHI

Təhsil İnstitutu bir sıra fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

News365.az xəbər verir ki, aşağıdakı fənlər üzrə mütəxəsisslər Təhsil İnstitutuna müraciət edə bilərlər.

• Azərbaycan dili (dövlət dili)

• İkinci xarici dil

• Musiqi

• Təsviri incəsənət

• Texnologiya

• Çağırışaqədərki hazırlıq

• Fiziki tərbiyə

Namizədlər üçün minimum tələblər:

• İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;

• Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;

• Fikirləri yazılı formada ifadə etmə bacarığı;

• Araşdırma və təhlil üzrə səriştə;

• Ən azı 5 illik pedaqoji təcrübə;

• Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.

Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.


Seçilən
118
8
news365.az

10Mənbələr