Qazaxıstanda terror təhlükəsinin "sarı” həddə çatdırılacağı açıqlanıb.Bu barədə Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.
Buna səbəb iyulun 2-dən iyulun 5-dək Qazaxıstanda bir sıra mühüm beynəlxalq tədbirlər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsi və Çin liderinin dövlət səfəridir.
www.anews.az