Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn Portuqaliya və Sloveniya yığmalarının görüşü başlayıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Franskfurtdakı "Doyçe Bank Park" stadionunda keçirilir.
Qeyd edək ki, görüşü italiyalı baş hakim Alessandro Callatini idarə edir.