AZ

Qəzzada ölənlərin sayı 37 min 900-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 900-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 2 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 23 fələstinlinin həyatını itirdiyi, 91 fələstinlinin isə yaralandığı bildirilib. Bununla da yaralıların sayı isə 87 min 60-a yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Seçilən
131
8
operativmm.az

8Mənbələr