AZ

"Turan Tovuz" "Sabah"ın legioneri ilə gücləndi -RƏSMİ

“Turan Tovuz” yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, qərb təmsilçisi Azərbaycan futbol ictimaiyyətinin tanıdığı futbolçu ilə güclənib.

Son olaraq “Sabah”ın şərəfini qoruyan Kristian da Silva bölgə klubunun şərəfini qoruyacaq. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.  
Yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR,  Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”,  “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının da formasını geyinib.

Seçilən
50
16
fanat.az

10Mənbələr