Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin oyunları davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.Günün ilk görüşündə Fransa Belçika ilə üz-üzə gələcək. Növbəti oyunda isə Portuqaliya Sloveniya ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına iyulun 2-də yekun vurulacaq.
AVRO-2024
1 iyul
1/8 Final
20:00. Fransa – Belçika - 1:0
Qol: Vertonqen, 85 (aq)
23:00. Portuqaliya – Sloveniya