AZ

Şəmkirdə kombaynla avtomobil toqquşdu - Xəsarət alan var

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınında olan, 1974-cü il təvəllüdlü A.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
132
6
bizim.media

10Mənbələr