AZ

Bayden qohumlarının sözünə baxsa...

Bayden

ABŞ prezidenti Co Baydenin ailə üzvləri onu seçki kampaniyasını tərk etməməyə çağırıblar.

Reyting.az
CNN telekanalına istinadla xəbər verir ki, Donald Trampla uğursuz debatdan sonra Co Baydenin ailə üzvləri ABŞ liderinə məxsus Kemp-Devid iqamətgahında onunla görüşüblər. C. Baydenin qohumları ona dəstək verərək yenidən ABŞ prezidenti seçilmək üçün siyasi mübarizəni davam etdirməyə səsləyiblər.

Prezidentin iqamətgahında baş tutan görüş C. Baydenin seçkidən çəkilməsi ilə bağlı çağırışlar fonunda baş tutub.

Bildirilir ki, ailənin rəyi gələcəkdə Amerika liderinin müəyyənləşməsində həlledici rol oynayacaq.

Qeyd olunur ki, uğursuz debata görə ABŞ prezidentinin məsləhətçiləri indi ciddi nəzarət altındadır.

Məsləhətçilərdən biri deyib ki, Bayden ailəsi əslində ABŞ prezidentini onun əsas siyasi rəqibi olan D. Trampla debata hazırlayan komandadan narazı olduqlarını dilə gətiriblər. Onlar ailə toplantısında C. Baydenin əsas məsləhətçilərindən birinin təcili işdən çıxarılmasını, həmçinin kampaniyanın ştat cədvəlində tamamilə səmərəli dəyişiklik edilməsinin zəruriliyini müzakirə ediblər.

Xatırladaq ki, Bayden və Tramp arasında ilk debat 2024-cü ilin iyunun 27-də baş tutub. CNN-nin sorğusuna əsasən, hazırkı dövlət başçısı debatda uğursuz çıxış edib - onu kanalın sorğuda iştirak edən izləyicilərinin 33 faizi, Trampı isə 67 faizi dəstəkləyib. Prezidentin özü də hətta deyilən çoxlu tənqidlərdən sonra artıq cavan olmadığını etiraf edib.



Onu da qeyd edək ki, Amerikanın bəzi KİV-ləri dəfələrlə Baydenin başqa bir siyasi namizədlə əvəzlənməsinə çağırışlar etsələr də, prezident inadından dönməyib. Belə görünür ki, C. Bayden geri çəkilmək fikrində deyil və öz rəqibini sıradan çıxarıb nüfuzdan salmaq üçün əlindən gələni edəcək.

Proseslərə fərqli yanaşan "The New York Times" qəzetinin redaksiya heyəti iyunun 27-də baş tutan bu debatda demokratın təxribatlara cavab verməkdə çox çətinlik çəkdiyini, amerikalıların dövlət başçısının “yaşını və zəifliyini” artıq əyani olaraq öz gözləri ilə gördüklərini yazıb. Amerika nəşrinin redaksiya heyəti D. Trampı demokratiya üçün böyük, həmçinin çox ciddi təhlükə adlandıraraq, Demokratlar Partiyasını ona yeni, həm də güclü rəqib göstərməyə çağırıb.

"Bloomberg" nəşri də bu siyasi mövzu ilə bağlı qeyd edib ki, Demokrat Partiyasının donorları da ABŞ prezidenti C. Baydenin dəyişdirilməsindən danışırlar. Bu məhşur xəbər agentliyinin iddiasına görə, ABŞ liderinin debatdakı zəif çıxışından dərhal sonra onlar "Qəzəbli elektron məktublar" mübadiləsinə başladılar və belə qənaətə gəldilər ki, indiki şəraitdə "Demokratlar üçün yeganə ümid" prezident Baydenin namizədliyinin dəyişdirilməsidir.

"Axios" portalı isə mənbələrə istinadla yazıb ki, ailəsi və ən yaxın tərəfdarları gecikmə olmadan belə bir qərar verərlərsə, ondaBayden seçki yarışından geri çəkilə bilər. Nəşrin məlumatına görə, Baydenlə bağlı qərarları qəbul edənlər qrupuna həm də onun həyat yoldaşı Cil, kiçik bacısı Valeri və prezidentin çoxdankı dostu, müşaviri 85 yaşlı Ted Kaufman da daxildir.

"Axios" ABŞ prezidenti və prezidentliyə namizəd C. Baydenin bu siyasi yarışdan geri çəkilməsini "Şok" adlandırıb. Portal həm də vurğulayıb ki, kifayət qədər yaşlı olan prezident yalnız ona görə prinsipial davranacaq, məhz bu səbəbdən yenidən seçilmək üçün öz mübarizəsini qətiyyət göstərməklə davam etdirəcək, çünki ona yaxın olanlar onun Trampı məğlub etmək şansının vitse-prezident Kəmalə Harrisin şansından daha da yüksək olduğuna çox inanırlar.

Hazırda gündəmi zəbt edən yeganə sual ancaq belədir: əgər C. Baydenin seçkidən kənarlaşdırılması tələb olunsa, bunu etmək mümkün olacaqmı, yaxud da bu baş verərsə, məhz belə çətin zamanda ABŞ prezidenti və prezidentliyə namizəd olan Baydeni kim əvəz edəcək?

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
reyting.az

10Mənbələr