AZ

Qarakilsə rayon sakini Qərbi Azərbaycandakı həyat hekayəsini bölüşdü – VİDEO

Zəngəzurun Qarakilsə regionundan olan qərbi azərbaycanlı Muxtar Həsənov uşaqlığında yaşadığı xatirələrindən bəhs edib. O, ermənilərin hələ müharibədən əvvəl azərbaycanlılara qarşı törətdiyi zülmlərdən danışıb.

“1960-cı illər idi və bir gün mənə dedilər ki, gedikrik Bakıya. Mən də Bakını eşitmişdim ama görməmişdim. Mənə dedilər ki, siz buradan köçəcəksiniz. Dedim niyə?”

Bu sözləri Ednews TV-ə müsahibəsi zamanı qərbi azərbaycanlı Muxtar Həsənov bildirib. Onun sözlərinə görə, 60-cı illərdə ermənilər azərbaycanlıları müxtəlif yollarla sıxışdırırdılar:  

“O vaxtlar vəziyyət müharibə zamanı kimi olmasa da, camaatı sıxışdırırdılar. İnsanların heyvanlarını oğurluyurdular və onlara xətər yetirirdilər. Biz uşaq vaxtımızda bütün bunları görürdük. Onda valideynlərimiz düşündülər ki, burdan getmək lazımdır.”

Daha ətraflı videoda:

Seçilən
83
ednews.net

1Mənbələr