AZ

Sinoptiklər bölgələrdə Güclü küləklə bağlı xəbərdarlıq edirlər

Milli Hidrometeorologiya Xidməti iyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Sarı xəbərdarlığa uyğunmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən, Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
49
turan.az

10Mənbələr