AZ

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Güclü

 

Bakı, 1 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti iyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıqlar verib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax və Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

“Narıncı” xəbərdarlığa əsasən, Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20.8-28.4 metr olacağı proqnozlaşdırılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
49
azertag.az

10Mənbələr