Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram kanalında bildirib.
Parlamentari Ukraynanın gələcək illər üçün büdcə bəyannaməsini dərc edib. Sənəddən belə çıxır ki, 2025-ci ildə Kiyev Qərbdən 1,53 trilyon qrivna alacaq. Bu, təxminən 37,8 milyard dollar deməkdir. Eyni zamanda, 2027-ci ilə qədər bu rəqəm təxminən iki dəfə azalacaq - 786,5 milyard qrivnaya. Bu məbləğ 19,4 milyard dollara bərabərdir.
Bundan əlavə, büdcədə qrivnanın dollara nisbətdə ucuzlaşması da nəzərdə tutulub. Lakin bu, tədricən baş verəcək. 2025-ci ildə məzənnə 1 dollar üçün 45 qrivna, 2027-ci ildə isə 46,4 qrivna olacaq. Üstəlik, hazırda Amerika valyutasının 40,4 qrivnaya olduğu vurğulanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31