Məlumat üçün deyək ki, prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etmişdi. Hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməyiblər. Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ardıcıl iki dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirib. Birinci əməliyyatdan sonra baş həkim Cəlil Nəzərov və Təranə Əliyeva cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar vəzifə saxtakarlığı etməklə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham ediliblər. İkinci əməliyyat zamanı isə sözügedən xəstəxanada daha sonrakı baş həkim Eşqin Əliyev korrupsiyada ittiham edilib, ona bir neçə ay əvvəl 8 il 6 ay həbs cəzası verilib.
Far.Az