Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda NATO-nun Şərqi Avropadakı addımlarını izlədiyi və təhlil etdiyi üçün hərbi komponentini artırmaq fikrində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
O bildirib ki, Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda vəziyyət, şübhəsiz ki, bizim diqqətimizdə qalır:
"Əlbəttə, NATO-nun hərəkətləri izlənilir və təhlil edilir. Üzv dövlətlərin ekspertləri və yüksək vəzifəli şəxsləri öz iclaslarında KTMT-nin məsuliyyət zonasında vəziyyətə təsir edən bütün amilləri ətraflı müzakirə edirlər", - o əlavə edib.
Günel Abbas