![Masallıda](https://ulusum.az/uploads/posts/2024-07/9f55b10086_1000022639.webp)
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, R.Ağabalayevdən ümumilikdə 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.Araşdırma aparılır.Eltun Məmmədov
Diqqət Çəkənlər
Şəmsəddin Kuzəçi: İraq Türkmənlərinin Mədəniyyətini Qoruyan və Tanıdan Böyük Elm Adamı
İRAQ MƏTBUAT TARİXİ (1869-2019) - Dr. Şəmsəddin KUZƏÇİ
Onların Amerikaya getməsinə qadağa qoyuldu