AZ

Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

Masallıda

Masallı, 1 iyul, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, R.Ağabalayevdən, ümumilikdə, 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
18
azertag.az

10Mənbələr