AZ

Şəhid Cavidan İbrahimlinin ailəsi ziyarət edildi

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu (ARBƏDF) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 08.06.2024-cü il tarixində “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin fəaliyyət planına əsasən, Azərbaycan Silahlı Qüvələrinin yaranması günü ərəfəsində və 25 iyun Qədir-Xum bayramı günündə müharibə veteranlarının və ictimayyətinin nümayəndələrinin iştirakı ilə, 25 iyun 2024-ci il tarixində Vətən Müharibəsinin ən gənc şəhidi İbrahimli Cavidan Nizami oğlunun ailəsi ziyarət edilərək, ailənin tibbi-sosial ehtiyaclarını öyrənib, ailəyə mənəvi dəstək verildi.

Öncə şəhid Cavidan İbrahimlinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən məzarı ziyarət edildi. Şəhidin anası Gülnaz İbrahimovaya və qardaşları Kənan, Şamxal İbrahimliyə dərin hüzünlə baş sağlığı verildi. Ailəyə mənəvi dəstək olaraq həmrəylik nümayiş etdirildi.

Daha sonra şəhid Cavidan İbrahimlinin böyüyüb boya-başa çatdığı ocaqda anım məclisi təşkil edildi.

ARBƏDF-nin prezidenti və “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihə haqqında məlumat verdi. Qeyd etdi ki, Qarabağda və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhidlərimiz arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələr vardır. Şəhid Cavidan İbrahimlinin ailəsi də onlar arasındadır. Cavidanın atası Nizami İbrahimov könüllü olaraq 1990-1993-cü illərdə Qarabağ müharibəsində iştirak edib və müharibədə sağlamlığını itirərək ağır xəstəliyə tutulub.

Ailənin kiçik oğlu Cavidan İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvəllərinin tərkibində cəsur döyüşçü kimi torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində Xocavənd və Füzuli rayonlarının azad olunmasında rəşadətlə vuruşub. Bu döyüşlərdə qəhramanlıq nümayiş etdirən Cavidan şəhidlik zirvəsinə ucalıb.

Cavidan İbrahimli Xocavənd və Füzuli rayonlarının azad olunmasında göstərdiyi igidliklərə görə 3-cü dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni, “Vətənə Uğrunda ”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Bu gün böyüyüb, başa çatdığı Səbail rayonu Badamdar qəsəbəsində yerləşən küçə Cavidan İbrahimovun adını daşıyır.

Nizami İbrahimov son beşik oğlu Cavidan şəhid olduqdan 1 ay sonra övlad itkisinə dözə bilmədiyi üçün hak dünyasına qovuşub.  Bu gün onun ailəsi və 2 övladı qədir bilən xalqımzıza əmanət qalıb.       

Qeyd edək ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır.  Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Bu məqsədlə ARBƏDF-nin Himayəçilik Şurasının üzvlərinin təşəbbüsü və ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin mövlud və anım məclislərini təşkil edilir, şəhid ailələrinə mənəvi dəstək verilir, onlara həmrəylik nümayiş etdirilir.

ARBƏDF-nin Binəqədi rayon şöbəsinin sədri Hacı Teymur Əliyev, Nizami rayon şöbəsinin sədri, Əfqanıstan, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenat Əskər Babayev çıxışlarında canlarını vətənimizin azadlığı naminə qurban verən şəhidlərimizin, müharibə əlillərinin və veteranlarının bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcıları olduğunu bildirdilər. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını, daim nəsillərdən-nəsillərə keçərək, əsl vətənpərvərlik nümünəsi kimi dərin ehtiramla yad ediləcəyini diqqətə çatdırdılar. Şəhid Cavidan İbrahimlinin anım məclisi nümunə göstərilərək, xalqla həmrəylik nümayiş etdirilib şəhidlərimizin ailə üzvüləri, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım məclislərinin keçiriməsini tədqirəlayiq hesab etdilər.

Şəhid Cavidan İbrahimlinin anası Gülnaz İbrahimova çıxış edərək, Səbail rayonunda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğunu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu qeyd etdi.

Daha sonra Gülnaz İbrahimova və məclisdə iştirak edən şəhidin qazi döyüşçü yoldaşları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalova və Azərbaycanda şəhid ailələrinə mənəvi dəstək və diqqət-qayğı göstərərək nümunə kimi həyata keçirilən “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və ARBƏDF-nin kolektivinə öz minnətdarlıqlarını bildirdilər.

Sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşərək canını qurban verib şəhidlik zirvəsinə ucalan şəhid Cavidan İbrahimlinin anası Gülnaz İbrahimovaya qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edildi. “Xeyirxah və mərhəmətə görə” medalı və  fəxri fərmanla təltif olundu.

Şəhid Cavidan İbrahimlinin qardaşları Kənan və Şamxal İbrahimlilərə şəhid qardaşları kimi, Azərbay¬can Respub¬likasının dövlət siyasətinin həyata keçirilməsində, gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılanması istiqamətində göstərdikləri xidmətlərə və şəhid ailələrinə, müharibə qazilərinə, veteranlarına göstərdikləri diqqət və qayğıya görə ARBƏDF-nin Fəxri üzvü vəsiqələri və  fəxri fərman təqdim edildi.

Məclisdə həmçinin, layihənin hüquqşünası, Qarabağ müharibəsinin veteranı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu Türkan İsrafilova şəhidin ailəsini və müharibə veteranlarını maraqlandıran tibbi–sosial məsələlər haqqında çıxış edərək onlara ətraflı məlumat verildi.

Məclisin sonunda şəhidlərimizin xatirələrini yad etmək məqsədi ilə Əhli-Beyit (Ə) şairi Yadigar Cəfərov şəhid Cavidan İbrahimlinin adına yazdığı şeir və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdi, xatirə şəkilləri çəkildi.



Seçilən
47
3
herbiand.az

2Mənbələr