AZ

Masallıda əməliyyat: polis keçmiş məhkumda xeyli narkotik aşkarlayıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "İki sahil"ə verilən məlumata görə, R.Ağabalayevdən ümumilikdə 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırma aparılır.

Seçilən
1
18
ikisahil.az

10Mənbələr