Pakistanın Azad Cammu və Kəşmir muxtar əyalətində 19 məhbus həbsxanadan qaçıb.
E-huquq.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, Azad Cammu və Kəşmirin Poonç rayonunda yerləşən “Rawalakot” həbsxanasında silahlı məhbus nahar vaxtı mühafizəçidən zorla açarları alıb və kameraların kilidini açıb.
Bu zaman 6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus həbsxanadan qaçıb.
Mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Polis məhbusları tutmaq üçün Poonç bölgəsinə giriş-çıxışı dayandırıb.
Əyalət rəsmisi Ənsar Yakup mətbuata açıqlamasında bildirib ki, hadisə ilə bağlı 8 həbsxana məmuru saxlanılıb.
Şəbnəm Mehdizadə