AZ

Pakistanda 19 məhkum həbsxanadan qaçdı

Pakistanın Azad Cammu və Kəşmir bölgəsindəki həbsxanasından altısı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.
 
AZXEBER.COM Pakistanın \"Dawn\" qəzetinə istinadən xəbər verir ki, həbsxanada silahlı məhbus nahar vaxtı mühafizəçidən zorla açarları alıb və kameraların kilidini açıb.

Məlumata görə, qaçış zamanı mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Həyəcan vəziyyətində olan polis məhbusları tutmaq üçün Poonç bölgəsinə giriş-çıxışı dayandırıb.

Həbsxana rəhbərinin müavini də daxil olmaqla 8 həbsxana məmuru istintaq üçün saxlanılıb.
 
Mikayıl
Seçilən
82
2
azxeber.com

9Mənbələr