Bakı. Trend:
İyulun 2-dən 3-ü axşamadək Azərbaycanın bəzi rayonlarında yağışyağacaq, şimşək çaxacaq.
Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən tarixlərdə bəzi yerlərdə fasilələrləyağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə(Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur,Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, MərkəziAran) yağıntıların leysan xarakterli intensiv olacağı, doludüşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardanqısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.