AZ

Macarıstan Aİ Şurasının sədri oldu

Macarıstan Aİ rəhbərliyi ilə bir sıra məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişə, eləcə də miqrasiya məsələləri üzrə ciddi fikir ayrılıqları fonunda Aİ Şurasında altı aylıq sədrliyə başlayır.

Xezerxeber.az xəbər verir ki, Budapeşt iyulun 1-də estafeti Belçikadan təhvil alacaq, dekabrın sonunda isə rotasiya qaydasında onu Polşaya ötürəcək.

Budapeştlə Brüssel arasında formalaşan mürəkkəb münasibətlər hətta Macarıstanın sədrliyi dövründə “Avropanı yenidən möhtəşəm edək!” şüarının seçilməsində də özünü göstərib. Bu, Aİ-nin hazırkı rəhbərliyinin dəstəkləmədiyi, lakin Macarıstanın Baş naziri Viktor Orban tərəfindən açıq şəkildə təbliğ edilən ABŞ-ın sabiq Prezidenti Donald Trampın seçkiqabağı şüarına bənzəyir.

Budapeştin sədrliyinin rəsmi loqosu “Rubik kubu”dur, onun bir tərəfində Macarıstanın qırmızı, ağ və yaşıl rəngli Dövlət bayrağı, digər tərəfində isə dairədə düzülmüş ulduzlar şəklində Avropa İttifaqının gerbi təsvir edilib. Bu il macar mühəndis Ernyö Rubikin ixtirasının 50 yaşı tamam olub.

Sədrliyin saytında qeyd edildiyi kimi, “Rubik kubu” tapmacası strateji baxış, səbir, nizam-intizam və dəqiqlik, yəni, Macarıstanın Aİ Şurasına sədrliyi üçün vacib olan keyfiyyətləri ehtiva edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
12
xezerxeber.az

10Mənbələr