AZ

SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu

Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb. 

Belə ki, şirkət ötən gün Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lari (1 AZN 21 qəpik) edəcəyi ilə bağlı paylaşım etmişdi. 

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzdu. Buna baxmayaraq SOCAR etdiyi paylaşıma əməl edərək yanacağın qiymətini endirib. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
19
azxeber.com

10Mənbələr