AZ

SOCAR Gürcüstanda yanacağın qiymətini ucuzlaşdırdı

  Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) oub.

Referans.az tutul.az-a istinadla xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb. 

Belə ki, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım etmişdi. 

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq, SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
19
referans.az

10Mənbələr